Interposta.Info

3-cü “Azerbaijan Design Award” müsabiqəsinin final tədbiri keçiriləcək

Ölkə
 21-06-2022, 23:00     249

2018-ci ildən etibarən keçirilən “Azerbaijan Design Award” müsabiqəsi ölkənin ən böyük canlı dizayn auditoriyasını özündə cəmləmişdirir və dizayn sahəsinin inkişafı istiqamətində görülən işlərə böyük töhfə verir. Yerli və beynəlxalq dizaynerlər üçün tamamilə ödənişsiz təşkil olunan müsabiqə ölkədə dizayn bacarıqlarını inkişaf etdirmək və istedadlı şəxsləri üzə çıxarmaq məqsədini daşıyır.

Müsabiqə çərçivəsində müxtəlif mövzular üzrə yerli və xarici dizaynerlər tərəfindən təqdim olunan layihələr Azərbaycandan olan mütəxəssislər də daxil olmaqla beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndirilir. Qəbul olunan layihələr sayt üzərindən anonim olaraq münsiflərə təqdim olunur. Gizli səsvermə keçirildikdən sonra Finalçılar (short list) elan olunur. Final günü münsiflər, iştirakçı və digər dəvətlilərin qarşısında canlı olaraq 1, 2 və 3-cü yerin qalibləri elan olunur.

Bu il yenidən təşkil olunacaq tədbir çərçivəsində 10 mövzu üzrə (reklam dizaynı, brendinq, qablaşdırma dizaynı, illüstrasiya, veb-dizayn, sənaye dizaynı, tətbiq dizaynı, interyer dizaynı, eksteryer dizaynı, çap dizaynı) qaliblər elan olunacaqdır. Eyni zamanda, bu il cənab prezident İlham Əliyev tərəfindən 2022-ci ilin “Şuşa ili” elan edilməsi ilə bağlı Mədəniyyət Nazirliyinin təklifi ilə müsabiqənin kateqoriyaları sırasına “Şuşa” mövzusu da əlavə olunmuşdur.

Bu münasibətlə 22 iyun 2022-ci il tarixində saat 18:00-da “Bakı Konqres Mərkəzi”ndə müsabiqənin final tədbiri keçiriləcək. Sözügedən tədbirdə mükafatlandırma mərasimi, müxtəlif dizayn təşkilatlarının sərgisi və bir sıra çıxışlar baş tutacaqdır. Qeyd edirik ki, tədbirdə dövlət və özəl qurumların nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Hər il böyük sayda ziyarətçinin marağına sahib olan tədbirdə dövlət və özəl qurumların nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Tədbirin əsas təşkilatçısı “Azərbaycan Dizaynerlər Assosiyasiyası”, əsas tərəfdaşı isə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyidir.

Tədbirdə iştirakla bağlı məlumatın cari ilin 22 iyun tarixinədək aşağıdakı əlaqə vasitələri ilə bildirilməsini xahiş edirik (email: [email protected], tel: 012 498 12 50)

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26