Interposta.Info

Vətəndaşlar: Abidə söküldü! -“Bakı Abadlıq Xidməti” sökür, bəs “Laçın Abadlıq Xidməti” niyə göz yumur? + VİDEO

Manşet / Paradoks
 24-04-2024, 00:00     27 243

Laçında daha bir tarixi abidəni, uşaqlıq illərimizin xatirə izi olan şəhərin başındakı bulaq abidəsini söküb dağıtdılar!

İnterPosta.info
xəbər verir ki, bunu sosial şəbəkə istifadəçi “Pərviz Məlik Laçın” adlı şəhər sakini yazaraq paylaşıb.
O, qeyd edir ki, hər bir Laçınlı Laçına gedəndə bir keçmiş xatirə izi kimi o bulaqdan su içib və önündə şəkil çəkdirirdi.
Bütün Laçınlılar kimi bu bulaq məndə çox əziz idi. Məndə Laçında olanda keçmişdən qalan tək bir xatirə izi kimi o bulağın önündə çox sevinclə şəkil çəkdirmişdim.
İndi artıq çox böyük təəssüf hissi ilə deyirəm ki, Laçında diğər keçmiş xatirə izlərimiz kimi bu bulağıda söküb dağıtdılar. Çox heyf deyərək qeyd edib.

Digər sosial şəbəkə istifadəçisi, Laçın rayon sakini Musa Əliyev də bulağın sökülməsinə etiraz edib və bildirib ki, həqiqəti çəkib göstərəndə yaltaqlar qurupu ona pis baxırlar.

Laçın şəhərində görünən işlər abadlıqdır yoxsa bərbadlıqdır! - deyərək qey edib.

Əziz “Bakı Abadlıq Xidməti” MMC və “Laçın Abadlıq Xidməti” siz 30 ildə ermənilə edə bilmədiyini edib Laçınlılara əziz olan xatirələri abadlıq adı altında niyə dağıdırsınız?

Gördüyünüz işlər hər gün rayon sakinləri tərəfindən pislənir, harayları ərşə çıxıb, amma bu məzlumların səsinə səs verən yoxdur!

“Bakı Abadlıq Xidməti” MMC sökür, bəs “Laçın Abadlıq Xidməti”nin rəhbərliyi, Nəsimi Əsədov niyə göz yumur?

Hə olsun ki, sizi tenderlərin qalibi edənlərin buyruğundan çıxa bilmirsiniz!..


Adının çəkilməsini istəməyən, Laçın şəhərində yaşayan digər sakin bildirir ki, Laçında ailə 4,5 nəfər tərkibi ilə birgə yaşasada hələdə işlə təmin edilməyib.
Amma “Laçın Abadlıq Xidməti”nin vəzifəli şəxsləri öz qohumlarını gətirib aylıq əmək haqqısı 800 manatlıq işlə təmin edərək çalışdırırlar və əlavə olaraq Laçın şəhərində yaşamadıqları üçün 500 manat da paket ödəyirlər.

Bu korrupsiya deyil nədir?

Məqsədli şəkildə dövlətin büdcəsin talamaq deyil nədir?

İnterPosta.info
olaraq inanırıq ki, bu baş verənlərdən Prezidentin xüsusi numayəndəsi Mənsim Məmmədovun və “Bakı Abadlıq Xidməti” MMC-nin baş direktoru Bünyad Qasımovun məlumatı yoxdur.
Araşdırmalarımız davam edir, çalışacağıq Laçın şəhərində baş verənləri, vətəndaşların şikayətini mətbuat vastəsi ilə Azərbaycan Respubilkasının Prezidenti ilham Əliyevə çatdıraq.

Qarşı tərəfi dinləməyə hazırıq.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26