Interposta.Info

Xatirə İslam “Qarabağ”la bağlı paylaşımına görə tənqid olundu

Maqazin
 23-11-2017, 13:34     7 562

Xəbər verdiyimiz kimi, ötən gün Bakı Olimpiya Stadionunda “Qarabağ” Çempionlar Liqasında İngiltərənin “Çelsi” klubu ilə qarşılaşıb. İngiltərə klubunun 4:0 hesablı qələbəsi ilə başa çatan matç V turun rekordu kimi tarixə düşüb.

interposta.info xəbər verir ki, oyunu izləyən tamaşaçılar arasında məşhur simalar da olub.

Müğənni Xatirə İslam isə futbolu sənət dostları ilə birlikdə süfrə arxasında əyləşərək izləyib. İfaçı buna görə sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid olunub. Xatirə İslam bundan sonra “Instagram”dakı şərh bölməsini bağlayıb.

Fotoşəkildə, eyni zamanda, müğənnilər Nicat Məhərrəmov, Tunar Rəhmanoğlu da yer alıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26