Interposta.Info

Sakinlər: ""Krisdal Abşeron" şirkəti inşa etdiyi "Qobu Park"da çökmə davam edir"- VİDEO

Manşet / Paradoks
 5-04-2024, 21:04     95 700

"Krisdal Abşeron" şirkəti inşa etdiyi "Qobu Park"da çökmə davam edir

İnterPosta.info
xəbər verir ki, Jurnalist Rövşən Əsədov yazır ki, Hörmətli həmkarlar, bir məsələnin işıqlandırılmasında dəstəyinizə ehtiyac var.

Bir aya yaxındır ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park-2" yaşayış massivində yol çöküb və nəqliyyat vasitələrinin hərəkəti yolun digər hissələrinin də davamlı olaraq çökməsinə səbəb olur. Artıq xeyli hissə çöküb.

Məsələ ilə bağlı Qaçqınların və Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən rəsmi mövqe bildirilib. Qeyd edilib ki, məsələ ilə bağlı podratçı şirkətə (KRİSTAL ABŞERON) məlumat verilib, tezliklə problem aradan qaldırılacaq. Kristal Abşeron şirkəti isə bir aya yaxındır heç bir tədbir görmür, çökmə günü-gündən daha da dərinləşir.

Bu çökmənin binalar üçün təhlükə yaratmadığı bildirilsə də bu həm məni, həm də digər "Qobu Park" sakinlərini ciddi narahat edir.

Xahiş edirəm məsələnin işıqlandırılmasına köməklik edəsiniz.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26