Interposta.Info

Komitə sədri və İcra başçısı əyilən bina ilə tanış olduqdan sonra məcburi köçkünlərlə görüşdü - VİDEO/FOTO

Ölkə / Manşet
 2-11-2022, 13:04     1 252

Rövşən Rzayev və Süleyman Mikayılov əyildiyi bildirilən bina ilə tanış olduqdan sonra məcburi köçkünlərlə görüşüblər.

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev və Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Qaradağ rayon "Qobu Park" yaşayış kompleksində köçkünlərlə görüşüblər. Əyilməsi etimal edilən binanın sakinlərinə narahat olmamağı tövsüyə ediblər.

Sədir və başçı İnterPosta.info-ya bildiriblər ki, "Qobu Park" 2, 17-ci binada yaşayış üçün heç bir təhlükə yoxdur.

Buna baxmayaraq yenədə qabaqlayıcı tədbirlər görülür. - Sakinlər təlaşa düşməsinlər deyərək qeyd ediblər.

Komleksin inşasını aparan Kristal Abşeronun mütəxəsisləri hadisə yerində olublar və onlarda bildiriblər ki, "Qobu Park" 2, 17-ci binada baş verənlərdən məlumatlıyıq. Yaşayış üçün heç bir təhlükə yoxdur.

Qeyd edək ki, baş verənlərdən Fövqəladə Hallar Nazirliyinində məlumatı var.

İnterPosta.info





Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26