Interposta.Info

Bu yazıçı və şairlərə mükafat verildi – Siyahı

Müxtəlif
 13-05-2019, 21:20     10 366

Mədəniyyət Nazirliyi tərəfindən 2009-cu ildən bəri keçirilən (hər iki ildən bir) “Qızıl Kəlmə” ədəbi mükafatının builki qalibləri bəlli olub.

İnterPosta.info
-nun məlumatına görə, Mədəniyyət Nazirliyindən Kult.az-a bildirilib ki, 2018-2019-cu illər üzrə “Qızıl Kəlmə” ədəbi mükafatının qalibləri aşağıdakı kimi müəyyən edilib:

Nəsr nominasiyası üzrə

Şərif Ağayar, “Arzulardan sonrakı şəhər”;

Mübariz Örən, “Balıq gülüşü”.

Poeziya nominasiyası üzrə

Vaqif Bəhmənli, “Qansız savaş”;

İbrahim İlyaslı, “Şair olmaq zülümdü”;

Salam Sarvan, “Heykəl tənhalığı”.

Ədəbi tənqid və publisistika nominasiyası üzrə

Yaqub Babayev, “Azərbaycan ədəbiyyatı tarixi (XIII-XVIII əsrlər)”;

Abid Tahirli, “Mətbuat: millətin dili, gücü və güzgüsü”.

Orijinaldan bədii tərcümə nominasiyası üzrə

Vilayət Hacıyev, Haynrix Böllün “Kişisiz ev” romanı;

Seyfəddin Hüseynli, Culian Barnsın “Aqibət duyğusu” romanı.

Uşaqlar üçün yazılmış bədii əsərlər nominasiyası üzrə

Reyhan Yusifqızı, “Dostum Mimi”;

Solmaz Amanova, “İlmənin macəraları”;

Rafiq Yusifoğlu, “Nağıl qapısı”.

“Qızıl Kəlmə” ədəbi mükafatı çərçivəsində “Şans” ödülü

Şahanə Müşfiq, “Şahanənin nağılı”;

Sadıq Qarayev, “Sahibsiz kölgələr”.

Qeyd edək ki, mükafatın təqdimatı 17 may 2019-cu il tarixində, saat 15:00-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək. Qaliblərə diplom, pul mükafatı və xüsusi plaket hədiyyə ediləcək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26