Interposta.Info

Zelenskinin ofisi: İtirilən ərazilərlə bağlı xəbərlərdən qorxmaq lazım deyil

Ölkə
 7-06-2022, 17:40     198

Düşmənlə döyüşdə itirdiyimiz ərazilərlə bağlı xəbərlərdən qorxmaq lazım deyil.

APA Ukranews.ru-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna prezident ofisinin rəhbərinin müşaviri Mixail Podolyak açıqlama verib.

“Bu müharibədir. Taktiki manevrlər gedir. Nəyisə veririk, nəyisə də alırıq. Rusiyalılar çoxdu, texnikaları çoxdur. Sözsüz ki, müharibə çox intensiv gedir, amma elə etməliyik ki, onların müvəqqəti ələ keçirdikləri istənilən kənd ruslara böyük qan hesabına başa gəlsin, onları yormalıyıq”, - o deyib.

Podolyak professional hərbçilərin döyüşdüyünü və itirilən ərazilərin mütləq Ukraynaya qayıdacağını əlavə edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26