Interposta.Info

Azərbaycanda iqlimlə bağlı yeni qanun layihəsi hazırlanır

Ölkə
 6-05-2022, 20:04     250

"Yerin təki haqqında” qanun yenidən hazırlanıb.

APA xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hüquq və insan resursları şöbəsinin müdiri Aynurə Kərimova deyib.

O bildirib ki, bu məsələ ilə bağlı İşçi komissiya formalaşdırılıb və beynəlxalq təcrübə öyrənilərək qanun yenidən hazırlanıb.

Şöbə müdirinin sözlərinə görə, yeni variantda sahibkarlarla bağlı məsələlərin həlli istiqamətində ciddi dəyişikliklər edilib: "Hərracla bağlı münasibətlər də daha detallı əks edilib. Eyni zamanda, vərəsəlik məsələləri də əks olunub”.

O qeyd edib ki, iqlimlə bağlı yeni qanun layihəsi hazırlanır: "2030-cu ilə qədər qaz emissiyalarının azaldılması və 2050-ci ilə qədər işğaldan azad edilmiş ərazilərdə sıfır emissiya prinsipi öhdəlik olaraq qəbul edilib. Azərbaycan qanunvericiliyinin bu prinsiplərə implementasiyası, mövcud qanunvericilik çərçivəsində yeni qanunun formalaşması artıq labüddür”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26