Interposta.Info

Ötən ay Azərbaycana buraxılmayan şəxslərin sayı açıqlandı

Ölkə
 1-04-2022, 14:40     276

Ötən ay Azərbaycana buraxılmayan şəxslərin sayı açıqlanıb.

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən "İnterPosta"ya bildirilib ki, mart ayı girişi qadağan olan 23 nəfərin Azərbaycana daxil olmasının qarşısı alınıb.

Bundan başqa, cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azər­baycanın hüquq-mühafizə оrqanları tərəfindən axta­rışda оlan 210 nəfər aşkarlanaraq aidiyyəti оrqanlara təhvil vеrilib, ölkədən çıxışı qadağan olan 331 nəfərin ölkəni tərk etməsinə imkan verilməyib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26