Interposta.Info

Ötən il yol qəzalarında ölənlərin sayı açıqlandı

Ölkə
 7-02-2019, 22:23     10 368

2018-ci ildə ölkənin avtomobil yollarında 1817 və ya 2017-ci illə müqayisədə 0,9 faiz az yol-nəqliyyat hadisəsi baş verib, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 1,5 faiz azalaraq 2433 nəfər olub.

İnterPosta.info
Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, onlardan 722-si həlak olub, 1711-i isə yaralanıb. Hadisələrin 40,9 faizi gündüz, 38,7 faizi gecə, 20,4 faizi isə toran vaxtı baş verib, 29,1 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Yol-nəqliyyat hadisələrinin 90,0 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı 2017-ci ilə nisbətən 7,3 faiz artaraq 556 nəfər, yaralananların sayı isə 0,9 faiz artaraq 1628 nəfər olub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26