Interposta.Info

Salyanda mühasib mağazadan oğurladığı 65 min manatı Bakıda xərclədi

Ölkə
 22-12-2021, 14:24     266

Salyan rayonunda inşaat materialları mağazasında oğurluq olub.

"İnterPosta" Report-a istinadən məlumatına görə, hadisə noyabr ayında qeydə alınıb.

Belə ki, İ.Ağayevə məxsus inşaat materialları mağazasından ümumilikdə 65 min manat pul oğurlanıb.

Salyan Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən mağazanın mühasibi Ruslan Mustafayev saxlanılıb.

İstintaqda ifadə verən R.Mustafayev bildirib ki, həmin pulların bir qismini Bakıda yeyib-içməyə, bahalı hotellərdə gecələməyə xərcləyib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26