“Yeyib-içməyə xərclədim” –

Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində avtomobillərdən oğurluq edən Masazır qəsəbə sakini Cəlil Quliyev saxlanılıb.
ARB TV xəbər verir ki, aparılan tədbirlərlə onun ötən il dekabrın 19-da rayon ərazisində “Qurtuluş 93” yaşayış kompleksində vətəndaşlardan birinə məxsus "Toyota" markalı avtomobildən 20 000 manat pul oğurladığı müəyyən edilib.
Cəlil Quliyev – Saxlanılan şəxs: “Axşam idi. Baxdım, təsadüfən. Vurub, şüşəsini qırdım, pulu götürüb getdim. Ancaq yeyib-içməyə xərclədim”.
Saxlanılan şəxsin ətrafında həyata keçirilən əlavə əməliyyat-axtarış tədbirləri nəticəsində onun bu ilin fevral ayının 20-də Abşeron rayonu ərazisində başqa bir “Land Rover” markalı avtomobilin şüşəsini sındıraraq maşının içində olan gödəkçənin cibindən 640 manat pul oğurladığı da məlum olub.
Faktlarla bağlı Abşeron RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılıb, əməliyyat-axtarış tədbirləri davam etdirilir.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26