Interposta.Info

Salyanda Milli ön aparatı oğurlanıb

Ölkə
 28-02-2017, 14:52     531

Salyanda Milli ön aparatı oğurlanıb

Salyan rayonunda oğurluq olub.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Şorsulu kəndində qeydə alınıb. Belə ki, naməlum şəxs və ya şəxslər kənd sakini Aman Mirzağa oğlu Feyzullayevə məxsus ərzaq mağazasına daxil olublar. Mağaza sahibinin sözlərinə görə, mağazada heç nəyə toxunmadan yalnız oradakı Milli ön ödəmə sistemləri aparatını götürərək aradan çıxıblar.

Bu barədə Salyan Rayon Polis Şöbəsinə (RPŞ) məlumat verilib. RPŞ əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində iki nəfər şübhəli şəxs qismində saxlanılıb.

interposta.info bildirir ki, faktla bağlı Salyan RPŞ-də araşdırma aparılır.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26