Interposta.Info

Lənkəranda həkimin evindən 80 min manatlıq oğurluq edən şəxs tutulub

Ölkə
 16-12-2019, 13:38     593

Lənkəranda həkimin evindən 80 min manat oğurlayan şəxs saxlanılıb.

"İnterPosta.info" məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyini məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Lənkəran Şəhər-Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 12-də rayon ərazisindəki evlərin birindən 45000 ABŞ dolları və 3500 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Veravul kənd sakini F.Əhədzadə saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.

***

Lənkəranda həkimin mənzildən oğurluq edilib.

APA-nın məlumatına görə, hadisə rayonun Veravul kəndində qeydə alınıb.

Həmin kənddə yaşayan Lənkəran Mərkəzi rayon Xəstəxanasının həkimi Adil Əzimovun mənzilinə daxil olan naməlum şəxslər evdən 45 min dollar və 3500 manat dəyərində qızıl-zinət əşyaları aparıblar. Ümumilikdə A. Əzimova 80 min manat ziyan vurulub.

Faktla bağlı Lənkəran rayon Polis Şöbəsində cinayət işi başlanıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26