Interposta.Info

Bakcellpandemiya dövründə gənclərin təhsilinə dəstək göstərib

Ölkə
 1-10-2021, 19:40     303

Bakcell şirkəti “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası ilə birlikdə valideyn himayəsindən məhrum olmuş və aztəminatlı ailələrdən olan uşaq və gənclərə dəstək göstərir.
Uzunmüddətli əməkdaşlıq çərçivəsində həyata keçirilən daha bir layihə - “COVİD-19 pandemiyası zamanı gənclərin təhsilinin kəsintisiz davam etməsinə dəstək” təşəbbüsü sayəsində 30 nəfər gənc karantin zamanı təhsillərini onlayn davam etdirə bilib. Bu məqsədlə Bakı və Gəncədəyerləşən SOS Uşaq Kəndləri lazımı sayda kompüter və internet bağlantısı ilətəchiz olunub. Nəticədə, təşkilatın himayəsindəki gənclərin təhsil və davamiyyət göstəriciləri pandemiyadan öncəki 2018/2019-cu təhsil iliningöstəricilərini üstələyib.
“COVİD-19 bütün dünyanı dəyişib və biz KSM Strategiyamızın ən prioritet istiqamətlərindən olan gənclərin təhsilinə töhfə vermək üçün yeni üsullar tapmalı olduq. Biz daha çox uşağın keyfiyyətli təhsil alması üçün əlimizdən gələni edirik, çünki uşaqlar bizim gələcəyimizdir” deyə Bakcell şirkətinin baş icraçı direktoru Rainer Rathgeber bildirib.
Qeyd edək ki, Bakcell 2009-cu ildən etibarən “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası ilə əməkdaşlıq çərçivəsində valideyn himayəsindən məhrum olmuş və aztəminatlı ailələrdən olan uşaq və gənclərə öz dəstəyini göstərir. Bu əməkdaşlıqçərçivəsində həyata keçirilən“Öz biznesinə başla və təkmilləşdir” layihəsi “Milli KSM Mükafatı 2018″ mükafatına layiq görülüb. Layihə assosiasiyanın himayəsində böyümüş və digər internat müəssisələrindən məzun olmuş gənclərin biznes ideyalarını reallaşdırmaq məqsədilə icra olunub. Layihədə iştirak edən gənclər “Bakcell”in maliyyə dəstəyilə öz kiçik bizneslərini qurublar.
Bakcell şirkətinin həyata keçirdiyi “Bakcell Stars” KSM proqramı ölkənin ən geniş-miqyaslı korporativ sosial məsuliyyət proqramlarından biridir. Proqramın əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqlar və gənclər üçün bərabər hüquq və imkanların yaradılması, onların cəmiyyətə inteqrasiyasının dəstəkləməsi ilə yanaşı gənclərin təhsili, bacarıqlarının artırılması, gələcəkdə iş qura bilmə qabiliyyətlərinin təmin edilməsi və sosial rifahının yaxşılaşdırılmasıdır.
***
Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru Bakcell şirkəti müasir mobil telekommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl mobil internet xidməti göstərir.
Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə “Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26