Interposta.Info

Ehtiyata buraxılan generallar kimdir? - DOSYE

Ölkə
 18-08-2021, 15:46     594

Xəbər verdiyimiz kimi, Dövlət Sərhəd Xidməti rəisinin iki müavini - general-leytenant Azad Ələkbərov və general-leytenant İsmayıl Əkbərov ehtiyata buraxılıb.

"İnterPosta" ehtiyata buraxılan generalların kimliyini araşdırıb.

General-leytenant Azad Ələkbərov - O, 2012-ci ildə isə DSX Sərhəd Qoşunları Baş Qərargahının Dövlət Sərhədinin Mühafizəsi İdarəsinin rəisi vəzifəsinə təyin olunub. 2013-cü ildə general-mayor rütbəsində Azad Ələkbərov Dövlət Sərhəd Xidmətinin (DSX) rəisinin şəxsi heyət üzrə müavini - Şəxsi Heyət üzrə Baş İdarənin rəisi vəzifəsinə təyin edilib.



2015-ci ilin avqust ayının 17-də ölkə başçısının sərəncamı ilə general-leytenant ali hərbi rütbəsi verilib. Prezident onu bir sıra orden və medalları ilə təltif edib. 2013-cü ildə "Hərbi xidmətlərə görə”, 2020-ci ildə 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Azad Ələkbrov Füzulinin Böyük Bəhmənli kəndindəndir. Atası Qaçay Ələkbərov uzun illər polis orqanlarında yüksək vəzifələrdə xidmət edib.

General-leytenant İsmayıl Əkbərov - 2013-cü ildə DSX rəisinin müavini - Maddi Texniki Təminat Baş İdarəsinin rəisi. 2016-cı ilin avqust ayının 16-da ölkə başçısının sərəncamı ilə İsmayıl Bayram oğlu Əkbərov general-leytenant ali hərbi rütbəsi verilib. Ölkə başçısının sərəncamı ilə 2004-cü ildə "Hərbi xidmətlərə görə" medalı ilə, 2019-cu il sərəncamı ilə 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni, 2020-ci ildə 1-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə ilə təltif olunub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26