Interposta.Info

“Davam” “Qarabağ atları” layihəsinə start verdi (FOTOLAR)

 

Ölkə
 22-07-2021, 15:05     3 579

"Davam" Gənclər Hərəkatının Davamlı İnkişaf Mərkəzi və "Unicorn Challenge" şirkətinin birgə təşkilatçılığı ilə "Qarabağ atları" adlı layihəyə start verilib.

İctimai müraciət elanı verildikdən sonra 100-dən çox gənc layihədə iştirak hüququ qazanmaq üçün onlayn formada qeydiyyatdan keçib. Seçim mərhələsinin yekununda 60 nəfərlik iştirakçı qrupu formalaşıb.

Layihə çərçivəsində ilk görüşlər "Davam" Gənclər Hərəkatının mərkəzi ofisi və Bakıdakı Atçılıq Mərkəzində baş tutub. Bu görüşlər zamanı gənclər atçılıqla bağlı geniş məlumat əldə edib, mərkəzdəki atlarla tanış olublar.

Qeyd edək ki, layihənin əsas məqsədi gənclərin Qarabağ atları haqqında ətraflı məlumat əldə etməsi və beynəlxalq arenada onların təbliğatçısına çevrilməsidir.










İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26