Interposta.Info

Gənclər korrupsiyaya qarşı animasiya filmi hazırlayıblar -

Ölkə
 31-10-2017, 11:33     8 761

30 avqust -15 oktyabr tarixlərində "İnkişaf Zamanı" Proqramı çərçivəsində həyata keçirilən "Anti-Corruption Culture" layihəsinin həyata keçirilib. "Anti-Corruption Culture" layihəsinin əsas məqsədi, korrupsiya sahəsində gənclərimizi maarifləndirmək və ölkəmizin anti-korrupsiya mədəniyyəti siyasətinə dəstək olmaqdır.

Musavat.com-a verilən məlumata görə, layihə çərçivəsində 25 gəncə 3 günlük təlimlər keçirilib, korrupsiyaya qarşı mübarizə üsullarını göstərən maarifləndirici animasiya və video-çarx hazırlanıb, bir cümlə atışı müsabiqəsi keçirilərək layihənin sloganı seçilib, ADA və Xəzər universitetlərində isə layihənin təqdimatı göstərilib. 3 günlük təlimlər zamanı gənclərə korrupsiya sahəsində müxtəlif məlumatlar verilib, mübarizə üsulları əyani şəkildə göstərilib, simulyasiyalar, öyrədici oyunlar, viktorinalar təşkil olunub. Təqdimatlarda 155gənc iştirak edib. Təqdimat müxtəlif universitetlərdə təhsil alan gənclərin iştirakı ilə baş tutub. Təqdimatda layihə ərzində baş tutan 3 günlük təlimlər, video-çarxlardan, tərəfdaşlar haqqında müxtəlif məlumat verilib. Təqdimatlarda layihənin tərəfdaşı olan Azərbaycan Anti-Korrupsiya Akademiyası, Barama Media-dan nümayəndələr çıxış edib və layihə haqqında öz təssüratlarını bölüşüblər. Bundan başqa isə, təqdimatlarda layihə çərçivəsində hazırlanan video-çarx, animasiya da nümayiş etdiriib və müzakirələr aparılıb. Müzakirələr zamanı, gənclər video-çarxların faydalı və gənclər üçün vacib olması istiqamətində müzakirələr aparmışdılar və gənclər layihənin davamlı olması üçün müxtəlif təkliflər vermişdilər.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26