Interposta.Info

"Mən bir müəlliməm" layihəsinin Bakı seminarı keçirilib

Ölkə
 18-04-2019, 15:02     10 521

"Mən bir müəlliməm" layihəsinin Bakı seminarı keçirilib, layihə rəhbəri Günel Əliyeva, layihənin koordinatoru Məhəmməd Babazadə, təşkilati dəstəkçisi isə The Secret Business Academy- dir.
Layihə rəhbəri Günel Əliyevan qeyd edib ki,
İnterPosta.info məlumatın görə, "Mən bir müəlliməm" layihəsi ölkənin ayrı-- ayrı şəhər, rayon, hətta ən ucqar kəndlərində keçiriləcək.
Layihənin məqsədi imtahan öncəsi müəllimlərdə motivasiya yaratmaq, Kurikulum/Pedaqogika üzrə imtahana düşən mövzular, müasir təlim metodları haqqında məlumat vermək, həmçinin ölkə müəllimlər arasında əməkdaşlıq yaratmaqdan ibarətdir.
Layihənin Bakı seminarına Gəncə, Şirvan, Salyan, Lənkəran rayonlarından da qabaqcıl müəllimlər qatılıb, seminar Günel Əliyeva və layihənin Bakı təmsilçisi Ziba Səfərovanın təqdimatında baş tutub. Seminarın fəal iştirakçılarına Fəxri Fərmanlar təqdim olunub.
Layihənin açılış günü maraqlı anlarla yadda qalıb.
"Əsl müəllim necə olmalıdır?" sualı ətrafında fikir mübadiləsi aparılıb.
Müəllimlər hər biri "Mən bir müəlliməm" fikri ilə başlayan cümlələr söyləyərək əsl müəllim necə olmalıdır sualına özlərinə məxsus cavab veriblər.
Qeyd edək ki, layihə müəllimlərə imtahanda dəstək xarakteri daşıyır, ödənişsizdir. Layihə çərçivəsində növbəti təlim 20 aprel tarixində Şirvan şəhəri 18 saylı tam orta məktəbdə keçiriləcək.
Layihənin Bakı seminarından maraqlı anlar şəkillərdə

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26