Gənclər insan alverinə qarşı mübarizəylə bağlı maarifləndirilirlər - Foto
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Qəbələ Regional Gənclərin Resurs Mərkəzi İctimai Birliyi tərəfindən "Gənclər arasında İnsan alverinə qarşı mübarizə mövzusunda seminarlar" layihəsi çərçivəsində 09-10 iyun tarixlərində seminarlar keçirilib. Seminarlar Qəbələ və Oğuzda təşkil olunub.
interposta.info-ın məlumatına görə tədbiri giriş sözü ilə açan Qəbələ Regional Gənclərin Resurs Mərkəzi İctimai Birliyinin sədr müavini, layihə rəhbəri Anar Məhərrəmov iştirakçıları salamlayaraq tədbirin mövzusu, proqramı haqqında məlumat verib. Çıxış edənlər arasında layihənin eksperti Ümüdvar Həsənov bir sıra maarifləndirici məqamlara toxunub. O insan alveri nədir?, Azərbaycan Respublikasının İnsan alverinə qarşı mübarizə haqqında Qanunu, xаricə gеtməк istəyənlər üçün təhlüкəsizlik plаnı, insan alverinin qarşısının alınması sahəsində QHT-lər ilə əməkdaşlığın əhəmiyyəti və s. haqqında geniş məlumatlar verib. Sonda iştirakçıları maraqlandıran mövzular ətrafında müzakirələr aparılıb.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26