Interposta.Info

Gənc Liderlər üçün Yay Universiteti"nin dördüncü günü başa çatıb

Ölkə
 13-08-2021, 20:06     232

""Gənc Liderlər üçün Yay Universiteti"nin dördüncü günü müxtəlif panel müzakirələri ilə davam edib. Panellərdə iştirak edən millət vəkilləri Aydın Mirzəzadə "Azərbaycan dövlətçiliyinin müasir inkişaf tendesiyaları", Ramin Məmmədov "Mövcud geosiyasi çağırışlar və informasiya müharibəsi", Sosial tədqiqatlar mərkəzinin əməkdaşı İlyas Hüseynov "Cənubi Qafqazın yeni geosiyasi mənzərəsi: ölkəmizi tranzit-logistika habına çevirmək istiqamətində həyata keçirilən təşəbbüslər", təlimçi Xaqani Fərəcov "Gənc Lider üçün layihələrin idarə olunması" mövzusunda iştirakçılar ilə fikir mübadiləsi aparıb.

Günün sonunda komandaların iştirakı ilə "Sirlər Xəzinəsi" adlı oyun baş tutub. Oyun zamanı iştirakçılar müxtəlif yollarla sualları cavablandıraraq öz komandalarına bal qazandırıb.

"Gənc Liderlər üçün Yay Universiteti" "Davam" Gənclər Hərəkatının təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən "Gənclərin Davamlı İnkişaf Proqramı" çərçivəsində icra edilir.

Qeyd edək ki, "Davam" Gənclər Hərəkatı layihə boyunca iştirakçılarının sağlamlığını diqqətdə saxlayaraq koronavirus təhlükəsinə qarşı mütəmadi PCR testlər apardığına görə "Gənc Liderlər üçün Yay Universiteti"nin tərəfdaşlarından biri olan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə təşəkkür edir.





İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26