Interposta.Info

Emin Əmrullayev 35 yaşadək olan gənc müəllimlərin sayını açıqlayıb

Müxtəlif
 2-02-2021, 19:10     663

"Bu gün 2 Fevral –Gənclər Günü ilə bağlı gənc müəllimlərlə görüşdüm. Təhsilimizin inkişafında gənc müəllimlərimizin rolu danılmazdır".

"İnterPosta" məlumatına görə, bu fikirləri Təhsil naziri Emin Əmrullayev sosial şəbəkədəki hesabında yazıb.

Nazir qeyd edib ki, ölkənin ümumtəhsil müəssisələrində 141 749 müəllim çalışır ki, onlardan 38 272 nəfəri 35 yaşadək olan gənc müəllimdir: "Gənc müəllimlərimizin simasında bütün gəncləri 2 Fevral - Gənclər Günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, ölkəmizin sabahı naminə fəaliyyətlərində uğurlar arzulayıram".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26