Interposta.Info

Gənclər Fondunun dəstəyi ilə Aprel Qəhrəmanları gənclərə tanıdılır

Ölkə
 17-11-2017, 11:55     9 367

“Resurs” Gənclərin İnkişafı İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Aprel döyüşləri qəhrəmanlarının tanıdılması” layihəsinin icrasına start verilib

interposta.info xəbər verir ki, layihənin məqsədi 2015-ci ilin Aprel döyüşlərində ölkəmizin ərazi bütövlüyü uğrunda şücaət göstərmiş qəhrəmanlarımızın yetişməkdə olan gənc nəslə tanıdılması və onların həyatı, keçdiyi böyük və şərəfli döyüş yolları, göstərdiyi igidliklər haqqında ətraflı məlumatlar verməkdən ibarətdir.

İşğal altında olan torpaqlarımızın azad edilməsi məqsədilə cəmiyyət üzvlərinə vətənpərvərlik hisslərinin aşılanması, Milli Qəhrəmanların təbliğ edilərək tanıdılması, xalqımızın Ali Baş Komandanın əmrinə daim hazır olmaları üçün təbliğat işlərinin aparılması dövlət və hökumət orqanları ilə yanaşı, ictimai birliklərin də üzərinə böyük vəzifələr qoyur. Ən yeni tariximizin şanlı səhifəsi olan Aprel döyüşlərində iştirak etmiş, şəhid olmuş qəhramanların gənc nəslə tanıdılması bu baxımdan çox mühüm əhəmiyyət kəsb edir.

Layihə çərçivəsində keçiriləcək kütləvi tədbirlər zamanı Aprel döyüşlərində bilavasitə iştirak etmiş qəhrəmanlarımızla canlı ünsiyyət təşkil ediləcək, onlar haqqında çəkilmiş qısa filmlər nümayiş etdiriləcəkdir. Tədbirlərdə gənc nəslin nümayəndələrinin, o cümlədən dövlət orqanlarının məsul əməkdaşlarının, digər QHT və KİV nümayəndələrinin iştirakı təmin ediləcəkdir. Layihənin gedişatı haqqında mütəmadi olaraq mətbuat vasitəsilə ictimaiyyətə məlumat veriləcəkdir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26