Interposta.Info

Əlilliyi ləğv edilən hərbçilərin sayı açıqlandı

Ölkə
 9-07-2021, 20:15     239

Hazırda əlillik müddəti başa çatmış və xüsusi səbəbdən əlilliyi olan şəxslərin növbəti müayinələri əyani şəkildə aparılır.

"İnterPosta"-nın məlumatına görə, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-Sosial Ekspertiza xidmətinin təşkili departamentinin müdir müavini İlkin Yusifov bildirib.

O deyib ki, əyani müayinələr zamanı sağlamlıq vəziyyəti əlillik dərəcəsinin təyininə əsas verməyən hallarda əlillik təyinatı da aparılmır:

"Hərbi səbəblə əlaqələndirilmiş əlillik təyinatında xəstəlik və yaxud travma minimum 3-cü dərəcəyə əsas verdiyi halda ona əlillik təyin edilir. Əsas vermirsə, bu zaman hərbi səbəblə əlaqədar əlillik təyinatı verilmir. İndiki dövrə qədər mütəmadi müayinələr aparılıb. İndiyədək 840 nəfər müayinə olunub, onlardan 346 nəfərinə əlillik təyinatı aparılıb, 31 nəfər əllillik qərarının dəqiqləşdirilməsi üçün müxtəlif ixtisaslaşmış müayinələrə göndərilib. 463 nəfərə isə müxtəlif səbəblərdən imtina verilib. Onlardan 98 nəfəri tam reabilitasiya olunub, 295 nəfərin diaqnozu əlillik təyinatına uyğun olmayıb. 13 nəfərə daha yüksək əlillik təyinatına imtina verilib və öz əlillik dərəcəsi saxlanılıb. 57 nəfərin müalicəsinin davam etdirilməsi qərarı verilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26