Interposta.Info

General Rüstəm Orucovun rütbəsini qaldırdı (FOTO)
 

Ölkə
 31-05-2021, 18:12     387

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev tanınmış cüdoçu Rüstəm Orucovun rütbəsini qaldırıb.

"İnterPosta" xəbər verir ki, olimpiya mükafatçısı bu barədə "Facebook"da paylaşım edib.

O, Elçin Quliyevin müvafiq əmrinə əsasən "Baş Leytenant" hərbi rütbəsinə layiq görüldüyünü bildirib.

Orucov "Sərhədçi" İdman Olimpiya Mərkəzinin rəisi polkovnik Elşən Mirzəyev və Mərkəz rəisinin müavini, İdman bölməsinin rəisi polkovnik-leytenant Firdovsi Umudov tərəfindən təltif olunub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26