Interposta.Info

Bərdə rayon Lək kəndindən Vətən müharibəsi şəhidinin yaş günü anılıb - FOTO

Ölkə
 16-05-2021, 22:55     427

Bu gün Bərdə rayon Lək kəndindən Vətən müharibəsi şəhidi Abışov Asif Əlövsət oğlunun 28-ci yaş günüdür.

Bu münasibətlə rayon İcra Hakimiyyəti başçısının müavini, YAP rayon təşkilatının sədri Fəqət Şadlinskaya, rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir Səfərov, YAP rayon təşkilatının məsləhətçiləri Nurayə Məmmədova və Elmir Məmmədov – çavuş Abışov Asif Əlövsət oğlunun ailəsinə baş çəkmiş, məzarını ziyarət etmişlər.
Qeyd edək ki, çavuş Abışov Asif sentyabr ayının 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücuma başlanan Vətən müharibəsində Xocavənd rayonunun azad edilməsində iştirak etmiş və elə orada şəhidlik zirvəsinə ucalmışdır. Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə çavuş Abışov Asif Əlövsət oğlu ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Şəhidimizin atası Əlövsət Abışov, anası İsbət Hətəmova və qardaşı Arif Abışov - Asifin hərbidəki xidmətlərindən və ömür yolundan söz açmışlar. Eyni zamanda möhtərəm Prezidentimiz cənab İlham Əliyev və ölkənin Birinci Vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan məmnun olduqlarını ifadə etmişlər.
Tədbirin tarixi: 16.05.2021

İnterPosta.info





Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26