Interposta.Info

Bərdə rayonunda Qazilər və Şəhid ailələri diqqətdə saxlanılır

Ölkə
 6-05-2021, 15:26     169

Bərdə rayonu Mollalı kəndindən qazi - əsgər Yusifov Hüseyn Natiq oğlu sentyabr ayının 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücuma başlanan Vətən müharibəsində Qubadlı və Füzuli rayonlarının azad edliməsində iştirak etmiş və Şuşa şəhəri istiqamətində Daşaltı ətrafında gedən döyüşlərdə yaralanmışdır. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə əsgər Yusifov Hüseyn Natiq oğlu “Qubadlının azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə ” medalları ilə təltif edilmişdir.
Bu günlərdə rayon İcra Hakimiyyəti başçısının müavini, YAP rayon təşkilatının Sədri Fəqət Şadlinskaya, rayon İcra Hakimiyyətinin Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin təşkili şöbəsinin müdiri Samir Səfərov, şöbənin böyük məsləhətçisi Ziya İsmayılzadə və YAP rayon təşkilatının baş məsləhətçisi Səba Məmmədova qazi Yusifov Hüseyn Natiq oğluna baş çəkmiş, ailənin çətinlikləri ilə maraqlanmış və bəzi problemlərinin həlli üçün köməkliklər göstərmişlər.
Qazimiz Hüseyn Yusifov özünün hərbidəki xidmətlərindən danışmış, eyni zamanda möhtərəm Prezidentimiz cənab İlham Əliyev və ölkənin Birinci Vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən dövlət səviyyəsində qazi ailələrinə göstərilən diqqət və qayğıdan məmnun olduğunu ifadə etmişdir.
Rayonda bütün qazi və şəhid ailələrinə köməkliklər göstərilməsi işi davam etdirilir.
Tədbirin tarix: 05.05.2021-ci il

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26