Interposta.Info

Bərdə rayonunda qazi və şəhid ailələrinə qayğı davamlı şəkildə aparılır - FOTO

Ölkə
 11-05-2021, 00:27     712


Bərdə rayon Qaradəmirçi kəndindən Vətən müharibəsi şəhidi Əhmədov Cavanşir Elxan oğlunun 20-ci yaş günü idi. Bu münasibətlə rayon İcra Hakimiyyəti başçısının müavini, YAP rayon təşkilatının sədri Fəqət Şadlinskaya, rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir Səfərov, şöbənin böyük məsləhətçisi Ziya İsmayılzadə və Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin rayon şöbəsinin sədri Etibar Hüseynova şəhid - əsgər Əhmədov Cavanşir oğlunun ailəsini baş çəkmiş, ailənin çətinlikləri ilə maraqlanmış və bəzi problemlərinin həlli üçün köməkliklər göstərmişlər.
Qeyd edək ki, əsgər Əhmədov Cavanşir Elxan oğlu müddətli həqiqi hərbi xidmətdə idi və sentyabr ayının 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücuma başlanan Vətən müharibəsində Cəbrayıl Qubadlı Laçın rayonlarının azad edliməsində iştirak etmiş və Laçın rayonunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə əsgər Əhmədov Cavanşir Elxan oğlu ölümündən sonra “Cəbrayılın azad olunmasına görə” , “Qubadlının azad olunmasına görə” və “Laçının azad olunmasına görə ” , “Vətən uğrunda” və “Hərbi xidmətə görə” medalları ilə təltif edilmişdir.
Onun atası və əmisi 1-ci Qarabağ müharibəsinin iştirakçısı olmuşlar.
Şəhidimizin atası Elxan Əhmədov oğlunun hərbi xidmətindən və ömür yolundan söz açmış, eyni zamanda möhtərəm Prezidentimiz cənab İlham Əliyev və ölkənin Birinci Vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan məmnun olduqlarını ifadə etmişdir.
Həmçinin həmin gün şəhid Cavanşir Əhmədovun və kəndin digər şəhidi əsgər Rəhimli Elcan Ədalət oğlunun da qəbri ziyarət olunmuşdur.
Tədbirin tarixi; 06.05.2021

İnterPosta.info


Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26