Interposta.Info

Son sutkada koronavirusa yoluxanların sayı açıqlandı

Ölkə
 11-05-2021, 17:21     376

Azərbaycanda bu gün koronavirus infeksiyasına yeni 514 yoluxma faktı qeydə alınıb, 1306 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

"İnterPosta"xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 15 nəfər nəfər "COVID-19”dan vəfat edib.

Bu gün Azərbaycanda koronavirus əleyhinə 18 min 339 vaksin vurulub.

Birinci mərhələdə peyvənd olunanların sayı 3783, ikinci mərhələ üzrə isə 14 min 556 nəfərdir.

Ölkədə vurulan peyvəndlərin ümumi sayı 1 milyon 705 min 906, birinci mərhələ üzrə vaksin olunanların sayı 1 milyon 9 min 487, ikinci mərhələ üzrə isə 696 min 419 nəfər təşkil edir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26