Interposta.Info

Koronavirusa yoluxanların sayı yenidən artdı

Ölkə
 20-04-2021, 18:50     351

Azərbaycanda bu gün koronavirus infeksiyasına 2197 yeni yoluxma faktı qeydə alınıb, 1946 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

"İnterPosta" xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 34 nəfər "COVID-19”dan vəfat edib.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 14 830 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9 981, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 849 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 352 210, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 899 213, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 452 997 təşkil edir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26