Interposta.Info

Koronavirusa yoluxanların sayı kəskin artdı

Ölkə / Manşet
 20-10-2021, 17:02     383


Azərbaycanda bu gün koronavirus infeksiyasına 2303 yeni yoluxma faktı qeydə alınıb, 1010 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

"İnterPosta" xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 16 nəfər COVID-19-dan dünyasını dəyişib.

Son sutkada koronavirus (COVID-19) əleyhinə 31 389 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 297, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 092 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 257 472, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 991 242, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 266 230 təşkil edir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26