Interposta.Info

Koronavirusa yoluxanların sayı 4 mini keçdi
 

Ölkə / Manşet
 18-08-2021, 22:25     891

Azərbaycanda bu gün koronavirus infeksiyasına 4129 yeni yoluxma faktı qeydə alınıb, 968 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

"İnterPosta" xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 20 nəfər COVID-19-dan dünyasını dəyişib.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 66 519 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 52 661, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13 858 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 5 932 734, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 526 467 , ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 406 267 təşkil edir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26