Interposta.Info

Nazim Bəydəmirli Heydər Əliyev Fonduna təşəkkür etdi və “klinika karuseli”ndən danışdı

Ölkə
 5-04-2021, 18:15     528

İqtisadçı alim, sabiq deputat Nazim Bəydəmirli Heydər Əliyev Fonduna təşəkkür edib.

Bu barədə "İnterPosta"-ya onun özü məlumat verib. Nazim Bəydəmirli bildirib ki, Heydər Əliyev Fondu şəhid anasının arzusunu yerinə yetirmək üçün ailəyə maddi yardım göstərib:

"Gədəbəyin İnəkboğan (Köhnə Qışlaq) kəndindən şəhid atası Vüqar Xəlilov yanıma gəlmişdi. O, Heydər Əliyev Fonduna təşəkkür etdi. Dedi ki, "Heydər Əliyev Fondu bizim yenidən uşaq dünyaya gətirməyimiz üçün kömək etdi, 5370 manat vəsait ayırdılar. Ancaq özəl klinika savadsızlığımızdan istifadə edərək bizə heç bir sənəd vermədi. Bundan əlavə, bizə müalicə və müayinələrin nəticələri ilə bağlı heç bir yazılı sənəd vermirlər. İndi də təklif edirlər ki, yenidən 3100 manat da ödəyin, bəlkə 2-ci dəfə (süni mayalanma yolu ilə) hamiləlik alınar və uşaq sahibi olarsınız”.

Nazim Bəydəmirli adını çəkmədiyi klinikanı şəhid ailəsini "müalicə karuselinə salmaqda" günahlandırdı:

"Heydər Əliyev Fondu, Sizə öz adımdan təşəkkür edirəm. Mənim köhnə seçicimin şəhid olmuş övladının yanğısını azacıq da əvəz olunmasına maddi dəstək vermisiniz. Düşünürəm ki, sizin vəsaitinizi səmərəsiz xərcləyən və bu ailəni "karusel"ə salan klinika ilə əməkdaşlığınıza yenidən baxmağınızda fayda var...”\qayanarinfo

İinterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26