İcra başçısı sabiq məmura yeni vəzifə verdi

Quba rayon İcra Hakimiyyətində yeni təyinat olub.
Unikal.org-un əldə etdiyi məlumata görə, bununla bağlı RİH-nin başçısı Ziyəddin Əliyev əmr imzalayıb.
Əmrə əsasən, Şahbalayev Ruslan Teymur oğlu Quba RİH-nin başçısının müavini - sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, o, daha öncə Xızı RİH-nin başçısının müavini vəzifəsində çalışıb.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26