Interposta.Info

Naxçıvanda toy və yas mərasimlərinin təşkilinə icazə verilir?

Ölkə
 4-03-2021, 14:37     364

Naxçıvanda sərt karantin rejiminin tətbiq olunmaması muxtar respublikanı ölkənin "ən maraqlı bölgəsi" edib.

Təsadüfi deyil ki, bura ölkənin ən az yoluxma qeydə alınan bölgəsidir: cəmi 0,3 faiz. Sərt karantin bütün Naxçıvan sakinlərinə yox, yalnız xəstəliyə tutulanlara və onların ailə üzvlərinə, xəstələrlə təmasda olanlara tətbiq edilir.

Tədris müəssisələri növbəli faəliyyət göstərir. "Naxçıvan modeli"nin uğuru həm də mərasimlərin düzgün təşkil edilməsindən irəli gəlir.

Naxçıvan sakinləri Cebhe.info-ya açıqlamasında bildirib ki, burada toy məclisləri təşkil edilməsə də, qadağa yas mərasimlərinə şamil edilmir. Müəyyən məhdudiyyərlər çərçivəsində yas mərasimi təşkil edən şəxslərə icazə verilir.

Onun sözlərinə görə, Naxçıvanda 09:00-dan 13:00-dək yas mərasimlərinin təşkilinə icazə var və burada da sosial məsafə qaydasının gözlənilməsinə, digər bunun kimi məsələlərə nəzarət olunur.

Ancaq paytaxt Bakıda və digər bölgələrimizdə 1 ildən çoxdur ki, toy məclisləri kimi yas məclislərinin də təşkilinə icazə verilmir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26