Interposta.Info

Qırmızı Bazarda 400-ə yaxın partlayıcı zərərsizləşdirildi (FOTO)

Ölkə
 18-02-2021, 11:27     462

Rusiya sülhməramlı kontingentinin humanitar minalardan təmizləmə rotasının heyəti Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsindəki ərazilərin partlayıcı obyektlərdən təmizlənməsi üzrə işlər həyata keçirib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Minalardan təmizlənmə zamanı Rusiya istehkamçıları 122 mm-lik qəlpəli partlayıcı top mərmiləri və kumulyativ tank sursatları da daxil olmaqla 400-ə yaxın partlayıcı maddəni zərərsizləşdiriblər.

Kəşf olunan partlayıcı obyektlər xüsusi təchiz olunmuş Ballıca təlim meydançasına çıxarılaraq məhv edilib. Evakuasiya edilə bilməyən sursatlar bütün lazımi təhlükəsizlik tədbirləri görülməklə yerindəcə məhv edilib.

Ümumilikdə, 23 noyabr 2020-ci il tarixindən etibarən 1419 hektar ərazi, 443 km yol, 1361 mənzil, o cümlədən 30 sosial əhəmiyyətli obyekt partlamamış hərbi sursatlardan təmizlənib, 24 453 partlayıcı obyekt aşkar edilərək zərərsizləşdirilib./qafqazinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26