Interposta.Info

Gürcüstan quru sərhədlərini açacaqmı?

Ölkə
 23-01-2021, 08:54     519

"Qonşu ölkələrlə quru sərhədlərin açılması koronavirusun Gürcüstana daxil edilməsi riskini əhəmiyyətli dərəcədə artıra bilər”.

"Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın baş nazirinin müavini, regional inkişaf və infrastruktur naziri Maya Tskitişvili "Rustavi 2” telekanalının efirində deyib.

Nazirin sözlərinə görə, sərhədlərin bağlı qalmasının səbəblərindən biri qonşu ölkələrdə virusun yayılma dinamikasının Gürcüstanla müqayisədə yüksək olmasıdır.

M.Tskitişvili qeyd edib ki, aviadaşımalar zamanı infeksiyaya nəzarət imkanları daha genişdir.

Xatırladaq ki, Gürcüstan fevralın 1-dən etibarən bütün istiqamətlər üzrə aviareysləri bərpa edəcək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26