Interposta.Info

Gürcüstan Azərbaycanla quru sərhədləri açır? - TARİX

İqtisadiyyat
 13-05-2021, 21:32     615

"Gürcüstan hökuməti quru sərhədlərini bir neçə həftədən sonra açmağı planlaşdırır".

"İnterPosta" “Report”a istinadən xəbər verir ki, bunu ölkənin iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava jurnalistlərə deyib.

Onun sözlərinə görə, böyük ehtimal məhz həmin vaxt pandemiyanın üçüncü dalğası başa çatacaq: "Sərhədləri açmağı planlaşdırırıq. Bu, yaxın bir neçə həftə ərzində baş verə bilər".

Qeyd edək ki, Gürcüstan-Azərbaycan arasında quru sərhədlər vasitəsilə sərbəst gediş-gəliş pandemiyaya görə bir ildən çoxdur dayandırılıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26