Interposta.Info

Gürcüstan quru sərhədlərini açmağı planlaşdırır

Dünya
 13-05-2021, 19:31     528

"Gürcüstan hökuməti koronavirusun üçüncü dalğasından sonra quru sərhədləri açmağı planlaşdırır".

"İnterPosta"xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ölkənin quru sərhədləri koronavirusun 3-cü dalğasının sonlarına yaxın açıla bilər. Bu məsələ növbəti bir neçə həftə ərzində müzakirə olunacaq:

"Quru sərhədlərin açılması planlaşdırılır, lakin bu koronavirusun üçüncü dalğasının tamamlanması ilə üst-üstə düşməlidir. Məsələ, yəqin ki, növbəti bir neçə həftənin mövzusu olacaq". \qafqazinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26