Interposta.Info

Gürcüstan Ermənistanla sərhədi açmayacaq

Dünya
 2-06-2020, 15:51     592

“Gürcüstan Ermənistan da daxil olmaqla, koronavirusun yüksək yayılma səviyyəsi olduğu ölkələrdən olan turistlər üçün sərhədlərini aça bilməyəcək”.

Bunu ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze “Pirveli” telekanalının efirində bildirib.

Onun sözlərində görə, Gürcüstan ilk növbədə “yaşıl” ölkələrdən turistlər qəbul edəcək:

“Minimal risk olan ölkələrlə ikitərəfli sazişlər rəsmiləşdiriləcək. Həmçinin turistin Gürcüstana səfərdən öncə keçməli olduğu müəyyən prosedurlar da hazırlanır”.

Qeyd edək ki, Gürcüstan iyulun 1-dən xarici turistlər üçün sərhədlərini açacaq.

Qonşu ölkə ilk mərhələdə İsrail, Avstriya, Çexiya və Ukrayna ilə qarşılıqlı turist səfərləri üçün “təhlükəsiz dəhlizlər” yaratmaq niyyətindədir./report

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26