Interposta.Info

“Biz doğma yurdumuza qayıtmağa hazırıq” - Ağdam sakini danışır VİDEO

Ölkə
 19-11-2020, 21:28     398

Bu səfərki qəhrəmanım Ağdam rayonunun Xıdırlı kənd sakini Qabil Allahverdiyevdir.

Qabil müəllim Sumqayıtda yerləşən evinin eyvanından əvvəllər həsrətlə gözlədiyi Ağdamda tikib yaradacağı evini xəyalən seyr edir. Allahverdiyevlər ailəsi Ağdamda yeni bir səhifə açmağa gedirlər.

Qəhrəmanım haqqında qısaca məlumat vermək niyyətindəyəm. Qabil Allahverdiyevin hazırda 55 yaşı var. Qarabağ qazisidir. 1990-cı illərdə Ağdərə rayonunun alınmasında iştirak edib və ağır qəlpə yaraları alıb. İndi isə 24 yaşlı oğlu döyüşlər başlayan gündən orduya yollanıb atası kimi cəbhədə vətənə xidmət edir.

Bu gün ermənilər torpaqlarımızı tərk edərkən unitazlarını belə götürüb, yaşayış evlərini yandıraraq tərk etsələrdə, Qabil müəllim deyir ki, mən evdən çıxanda bircə doğmalarımı götürüb çıxa bildim.

Qabil müəllim deyir ki, Ağdama ilk olaraq Ağdamlılar gedəcək. Hətta onun DİN-dən bir xahişi də var.

Qarabağlıların yeri Qarabağın özüdür. Ey Qarabağ əhli hazırlaş, doğma yurduna yollanırsan.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26