Interposta.Info

Gizli səs yazısında ittiham olunan ailə açıqlamadan imtina etdi - Nərminin qətli

Müxtəlif / Manşet
 5-02-2020, 16:51     865

"Məlumatı Qabil sızdırıb”.

"İnterPosta"nın məlumatına görə, bunu Qaynarinfo-ya açıqlamasında Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətli ilə bağlı "Youtube” kanalında yayılan səs yazısında ittiham olunan Altay Ələkbərovun ailəsindən bildiriblər. Ailədən deyilib ki, bu məsələ ilə bağlı onları narahat etməsinlər:

"Bizi narahat etməyin. Altayın atası Famil müəllim evindədir. Kimin sözü varsa, gəlsin kəndə, atasından soruşsun. Biz üzünü görmədiyimiz, sənətinə baxmadığımız adama açıqlama vermirik”.

Qeyd edək ki, Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətli ilə bağlı "Youtube” kanalında səs yazısı yayılıb.
Səs yazısında naməlum şəxs N.Quliyevanın ölümündə təqsirləndirilən İlkin Süleymanovun günahsızlığını və əsl qatilin həmin kənddə yaşayan Altay Famil oğlu Ələkbərov olduğunu iddia edib. Şəxs iddia edir ki, Altay Ələkbərovun qardaşı və yeznəsi hüquq-mühafizə orqanlarında çalışır.

Xatırladaq ki, tanınmış jurnalist Həbib Müntəzir həmin səs yazısının mühacirətdə olan Qabil Məmmədov olduğunu deyib: "Naməlum şəxs zad deyil, mühacirətdəki Qabil Məmmədovdur”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26