Samuxda içi pulla dolu seyf
Samuxda içərisi pulla dolu seyf oğurlanıb.
ARB Kəpəz xəbər verir ki, Samux rayonunun Tatlı kənd sakini Qabil Alıyevin yaşadığı evdən oğurluq olub. Hadisə gündüz saatlarında baş verib. İşdən qayıdan Qabil Alıyev qapı və pəncərəni açıq görüb, içəri daxil olarkən şübhələri doğrulub.
Qabil Alıyev deyib ki, evin ehtiyat açarı sayğacın üzərində olub: "Açarı oradan götürüb qapını açıblar. Sonra qapının arxasından seyfi götürərək, pəncərədən çıxarıblar".
Ev sahibini seyfdəki 600 ABŞ dolları və 480 manat nəğd puldan çox şəxsi sənədlərinin oğurlanması narahat edir.
"Mənim heç kimlə ədavətim olmayıb. Şübhələndiyim şəxsləri də yazmışam. Pul bir tərəfə, mənim sənədlərimi versinlər. Bu işi yoluna qoysunlar", - Alıyev deyib.
Oğurluqla bağlı Samux Rayon Polis Şöbəsinin əməkdaşları sözügedən evdə olub, ilkin istintaq tədbirləri görülüb. Ancaq hələ ki, oğruları müəyyən etmək mümkün olmayıb. Baş verən hadisəylə bağlı cinayət işi başlanılıb.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26