Interposta.Info

Azərbaycanda federasiyadan içərisində 63 min manat olan seyf oğurlandı

Ölkə
 3-12-2021, 18:03     610

Azərbaycanda federasiyadan içərisində 63 min manat olan seyf oğurlandı
Bakıda ofisdən oğurluq olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə Heydər Əliyev prospekti 2 ünvanında yerləşən Azərbaycan Güləş Federasiyasına məxsus ofisdə qeydə alınıb.

Ofisə daxil olmuş naməlum şəxs və ya şəxslər federasiyaya məxsus, içərisində azı 63 min manat olan dəmir seyfi oğurlayıb. Seyfdəki pulların 45 min manatı federasiyanın, qalan hissəsi isə federasiyanın baş mühasibinin olub.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26