Interposta.Info

Ağsuda müəllim məktəb direktorunu döyüb

Ölkə
 15-05-2018, 17:08     10 626

Ağsu rayonunda müəllim işlədiyi məktəbin direktorunu döyüb.

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Ləngəbiz kəndində baş verib.

Belə ki, Ağsu rayon Ləngəbiz kənd orta məktəbinin direktoru, Şamaxı rayonunun Çöl Bağırlı kənd sakini, 1985-ci il təvəllüdlü Müşfiq Əlseyran oğlu Mirzəyevlə məktəbin müəllimi arasında mübahisə yaranıb. Mübahisə zəminində müəllim məktəbin direktorunu döyüb.

O, müxtəlif bədən xəsarətləri ilə ağır vəziyyətdə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Cərrahiyyə şöbəsinə yerləşdirilən direktorun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26