Interposta.Info

Oğuzda qanlı hadisə: Gənc oğlan elektrik mişarı ilə qayınatasını yaraladı

Ölkə
 1-04-2018, 20:35     10 916

Oğuzda 27 yaşlı kişi odun doğrayan elektrik mişarı ilə qayınatasını doğrayıb.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə bu gün günorta saat 14 radələrində rayonun Xaçmaz kəndində baş verib.

Xaçmaz kənd sakini 1961-ci il təvəllüdlü Tərlan Zeynal oğlu İmanov ilə qızı Mehribanın əri, rayonun Padar kənd sakini olan 1991-ci il təvəllüdlü Səfa Eldar oğlu Fətəliyev arasında şəxsi münasibətlər zəminində mübahisə baş verib. Mübahisə zamanı S. Fətəliyev əlində olan odun doğrayan elektrik mişarı ila qayınatasına müxtəlif dərəcəli ağır və orta-ağır bədən xəsarətləri yetirərək hadisə yerindən qaçıb.

İlk öncə Oğuz Mərkəzi Rayon Xəstəxanasında (MRX) ilkin tibbi yardım alan Tərlan İmanov vəziyyəti ağır olduğu üçün müayinə və müalicəsini davam etdirmək üçün Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.

Şəki MRX-dan APA-ya verilən məlumata görə, T. İmanova döş qəfəsinin sol nahiyəsinin, sol baldır və sağ əlin kəsilmiş daxilə nüfuz edən və didilmiş yaraları diaqnozu qoyulub. T. İmanovun üzərində hazırda cərrahiyə əməliyyatı aparıldığı bildirilir.

Faktla bağlı Oğuz rayon Polis Şöbəsində araşdırma aparılır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26