Interposta.Info

Ağsuda ağır yol qəzası baş verib, 1 nəfər ölüb, 5-i yaralanıb

Ölkə
 17-09-2018, 13:57     10 512

Ağsu rayonunda ağır yol qəzası baş verib.

"XeberBiz" Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə sentyabrın 16-da saat 20 radələrində rayonun Daşdəmirbəyli kəndi ərazisində qeydə alınıb.

Belə ki, Ağsu rayonunun Cəlayır kənd sakini Habil Usubovun idarə etdiyi “VAZ-21011” və Lerik rayon sakini Hidayət Nuriyevin idarə etdiyi “Mitsubishi” markalı avtomobillər toqquşub.

Nəticədə H.Usubov və 3 sərnişini, habelə H.Nuriyev və 1 sərnişini xəstəxanaya yerləşdirilib, sərnişinlərdən Əlifağa Məmmədov orada ölüb.

Ağsu rayon Polis şöbəsi tərəfindən araşdırma aparılır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26