Interposta.Info

“Nar” və TƏBİB “Günün Qəhrəmanları” müsabiqəsinə start verir

Ölkə
 14-07-2020, 00:58     348

“Nar” TƏBİB-lə birgə əməkdaşlıq çərçivəsində koronavirus pandemiyası zamanı müxtəlif
sahələrdə vətəndaşlara xidmət etməyə davam edən insanları ictimaiyyətə tanıtmaq üçün
“Günün Qəhrəmanları” müsabiqəsinə start verir. Müsabiqə pandemiya ilə mübarizə dövründə
gündəlik işlərini icra edərkən həyatlarını riskə atan insanlar, karantin zamanı həyata keçirilən
sosial layihələr və təşəbbüslər haqqında hekayələri əks etdirəcək. Bu cür hekayələrin üzə
çıxarılmasında məqsəd həm əhali arasında qəhrəmanları tanıtmaq, həm də sosial məsuliyyətin
təşviqinə dəstək olmaqdır.
Müəlliflər yazılarının əsas qəhrəmanı olaraq, başda həkimlər olmaqla, online dərslərlə
şagirdlərinə təhsil verməyə davam edən müəllimləri, polisləri, marketlərdə çalışan əməkdaşları,
çatdırılma xidməti göstərənləri, müştəri xidmətlərinin nümayəndələrini, xüsusi rejimli
xəstəxanalardan reportaj hazırlayan jurnalistləri, könüllü yardım qrupu yaradan insanları,
ümumilikdə pandemiya dövründə vətəndaşlara xüsusi əmək göstərən hər kəsi seçə bilərlər.
Müsabiqənin şərtləri:
1) Müsabiqə həm jurnalistlər, həm də sosial media istifadəçiləri üçün açıqdır.
2) Yazılara əsas tələb real hekayələrin əks olunması və müəllif tərəfindən haqqında
danışılan şəxsdən yayımla bağlı razılığın alınmasıdır.
3) Məqaləyə razılıq əsasında foto və videolar da əlavə edilə bilər.
4) Yazılar müsahibə formatında da ola bilər və ya birbaşa qəhrəmanın öz dilindən də yazıla
bilər.
5) Təqdim olunan yazılar üçün maksimum simvol sayı 10.000 olmalıdır.
6) Müsabiqəyə qoşulmaq üçün jurnalistlər yazının “Nar” və TƏBİB-in birlikdə keçirdikləri
müsabiqə çərçivəsində hazırlandığını qeyd etməklə mediada yerləşdirdikdən sonra
müvafiq linklə bərabər [email protected] elektron ünvanına göndərməlidirlər.
7) Sosial media istifadəçiləri də eynilə, hekayələrini [email protected] elektron ünvanına
göndərməlidirlər. Bundan başqa, müsabiqənin hashtagını qeyd etməklə yazılarını öz
sosial media səhifələrində də paylaşa bilərlər. ( #GününQəhrəmanları #Nar #TƏBİB).
Müsabiqənin qalibləri media ekspertlərinin daxil olduğu münsiflər heyəti tərəfindən
müəyyənləşdiriləcək. Qaliblərə müvafiq olaraq Samsung S10+ , Huawei P30 Pro, 500 AZN
dəyərində pul mükafatı, daha üç həvəsləndirici yerlərin sahiblərinə isə 300 AZN məbləğində
pul mükafatı təqdim olunacaq. Qeyd edək ki, müsabiqəyə qoşulmaq üçün son tarix 10
avqustdur. Əlavə suallar yarandığı təqdirdə, [email protected] elektron ünvanına yaza
bilərsiniz.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26