Interposta.Info

Avstriyada daş uçqunu olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

Ölkə
 9-07-2020, 11:33     1 055

Avstriyanın cənub-şərqində baş verən daş uçqunu nəticəsində 2 nəfər ölüb, 7 nəfər yaralanıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Ştiriya torpağının Dağ-xilasetmə Federal Xidmətinin rəisi Mixael Miqqiç bildirib.

Hadisə yerinə Dağ-xilasetmə Xidmətinin, Qırımız Xaçın, yerli polisin əməkdaşları, yanğınsöndürənlər və üç helikopter cəlb edilib.

Yaralananlardan 4-ünü helikopterlə xəstəxanaya çatdırıblar. Qalanlara isə yerində yardım göstərilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26