Interposta.Info

Sərhədlərin açılması ilə bağlı yeni xəbər

Ölkə
 24-04-2020, 16:18     406

Koronavirusla mübarizə sahəsində ölkələr bir-birilərinə güvənərlərsə, o zaman sərhədlərin açılması daha rahat olar.

"İnterPosta" Trend-ə istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı bu gün keçirdikləri mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bununla bağlı artıq qarşılıqlı dialoqlar başlayıb:

"Əlbəttə ki, sərhədlər açılacaq, ticarət davam edəcək. Amma bütün ölkələrin birlikdə çalışması və bir-birilərinə güvənməsi çox vacibdir”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26